Moskva ətrafındakı Serpuxovda yaşayış binasında yanğın baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yanğın 3 mərtəbəli yaşayış binasında baş verib. Hadisə ilə əlaqədar 50 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Hələlik yanğın 300 kvadratmetr sahədə məhdudlaşdırılıb.
Ərazidə alovun tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






