Almaniyada təlim keçən yüzlərlə ukraynalı hərbçi qaçıb – “Die Zeit”backend

Almaniyada təlim keçən yüzlərlə ukraynalı hərbçi qaçıb – “Die Zeit”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüzlərlə ukraynalı hərbçi Almaniyadakı təlimlərdən qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” qəzeti məlumat yayıb.

Məlumata görə, Təkcə Saksoniya-Anhalt federal torpağında 2022-ci ildən məşq poliqonundan 80-dən çox ukraynalı hərbçi qaçıb.

Bütün Almaniya ərazisində isə bu kimi yüzlərlə fərarilik halı qeydə alınıb.

Ukrayna qanunvericiliyinə əsasən, bu şəxslər fərari hesab olunurlar.

Vətənə qayıdacaqları təqdirdə onları 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az