Tailand millisinin məğlubiyyətinə görə kişi özünü YANDIRDI – VİDEObackend

Tailand millisinin məğlubiyyətinə görə kişi özünü YANDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailand millisinin məğlubiyyətindən sonra bir kişi özünü yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Tailand mediasında məlumat yayılıb.

Vyetnamın Hoşimin şəhərində, Notr-Dam kilsəsinin yaxınlığında kişi Tailand millisinin Vyetnama 0:2 hesabı ilə məğlub olmasından sonra özünü yandırıb.

İlkin məlumata görə, zərərçəkən Tailandın qələbəsinə mərc edib və böyük məbləğdə pul itirib.

Bundan sonra bayram yürüşü zamanı üzərinə yanacaq tökərək özünü yandırıb.

Kişi sudan, Vyetnam bayrağından və yanğınsöndürən balondan istifadə edilərək söndürülüb. Onun həyatını xilas etmək mümkün olub.

Xuraman Etibarlı

İnterpress.az