Paşinyan hərbçilərin ölümü ilə bağlı hökumətin ittiham olunmasının qarşısını almağı tapşırıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası mənbələrinə istinadən məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Müdafiə Nazirliyinin rəhbərliyinə hərbçilərin ölümü ilə bağlı hakimiyyətin məsuliyyət daşıdığı barədə ittihamların qarşısını almaq üçün tədbirlər görməyi tapşırdığı bildirilir.
Qəzetin məlumatına görə, Ermənistan ordusunda hərbçilərin ölümü ilə nəticələnən hadisələr Paşinyanın ciddi narazılığına səbəb olub.
Baş nazirin Müdafiə Nazirliyinin rəhbərliyindən cəmiyyətdə bu hadisələrə görə hakimiyyətin məsuliyyət daşıdığı ilə bağlı fikir formalaşmaması üçün addımlar atmağı tələb etdiyi qeyd edilir.
Məlumata görə, sözügedən tapşırıq hərbi qulluqçuların ölümü ilə bağlı ictimai narazılığın və hakimiyyətə yönələn ittihamların qarşısının alınmasına yönəlib.
Xuraman Etibarlı
İnterpress.az






