Robert Koçaryan və oğlu Sedrakın saxlanılma görüntüləri YAYILDI – VİDEObackend

Robert Koçaryan və oğlu Sedrakın saxlanılma görüntüləri YAYILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Robert Koçaryan və oğlu Sedrakın saxlanılma görüntüləri yayımlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Ermənistanın Antikorrupsiya Komitəsi keçmiş prezident, “Ermənistan” müxalifət blokunun lideri Robert Koçaryan və onun oğlu Sedrak Koçaryanın saxlanılması ilə bağlı görüntülər yayıb.

Məlumata görə, görüntülərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının Robert Koçaryan və oğlu Sedrakı saxladığı anlar əks olunub.

Hazırda Koçaryanın kiçik oğlu Levon Koçaryanın evində də axtarışların aparıldığı bildirilir.

Hadisə ilə bağlı Antikorrupsiya Komitəsi tərəfindən əlavə araşdırmaların davam etdirildiyi qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.az