Qazaxıstan Rusiya neftinin emalına BAŞLAYIRbackend

Qazaxıstan Rusiya neftinin emalına BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın “Kondensat” zavodu Rusiya neftini emal edəcək.

İnterpress.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.

Onun sözlərinə görə, Qazaxıstandakı “Kondensat” neft emalı zavodu Rusiya neftini qəbul edərək emal etməyə başlayacaq.

Nazir qeyd edib ki, bununla bağlı Rusiya Energetika Nazirliyindən Qazaxıstan tərəfinə rəsmi müraciət daxil olub.

Razılaşmaya əsasən, zavodda emal olunan Rusiya neftindən əldə edilən benzinin və dizel yanacağının təxminən 70 faizi yenidən Rusiyaya göndəriləcək. Qalan hissə isə Qazaxıstanda qalacaq.

Bildirilib ki, beləliklə, Rusiya neftinin Qazaxıstandakı emal güclərindən istifadə edilməklə emal olunması və əldə edilən yanacağın əsas hissəsinin Rusiyaya qaytarılması nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az