Amur qaz-kimya kompleksində yanğın zamanı 104 əməkdaş xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Amur qaz-kimya kompleksində baş verən yanğın nəticəsində 104 əməkdaş xəsarət alıb.
Məlumata görə, hadisə zamanı Çin vətəndaşı da həlak olub. Xəsarət alanlardan 19 nəfər orta və ağır dərəcəli yaralanmalarla xəstəxanaya yerləşdirilib.
Şirkət həlak olan xarici vətəndaşın ailəsinə lazımi dəstəyin göstəriləcəyini açıqlayıb.
Yaralılara tibbi yardımın göstərilməsi üçün Amur vilayətinə “Fəlakət Təbabəti” xidmətinin xüsusi təyyarəsinin göndərilməsi planlaşdırılır.
Bildirilir ki, xüsusi bortla Sklifosovski Elmi-Tədqiqat İnstitutu, Vişnevski Elmi-Tədqiqat İnstitutu və digər tibb mərkəzlərindən aparıcı mütəxəssislər bölgəyə yola salınacaq.
Xuraman Etibarlı
İnterpress.az






