Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski yerli futbolu xilas etməyin yollarını açıqlayıb. ANS PRESS-in məlumatına görə, siyasətçi Rusiya-Uels oyuna baxdıqdan sonra futbolu xilas etməyin yolları haqqında düşünməyə başlayıb.
\”Mən həmişə demişəm ki, futbol bizim oyun deyil və biz bu oyunda heç vaxt qələbə qazana bilməyəcəyik. Birinci yerə Latın Amerikası ilə Cənubi Avropa çıxacaq və ya dəqiq mexanizmə malik hollandlar, almanlar. Rusiya da bir vaxtlar qələbə qazana bilirdi. Hətta Avropa çempionu da olub. Amma indi hər sahədə bazarın olması futbolu məhv edir. İdmandan, tibbdən, mədəniyyət və təhsil sahəsindən bazarı yığışdırmaq lazımdır\”.
Onun fikrincə, futbolda uğur qazanmaq üçün futbol üzrə yığma komandanın məşqçi müsabiqə yolu ilə seçilməlidir və legionerlərə qadağa qoyulmalıdır.
\”Məşqçi yerli olmalıdır və seçimlə yığmaya rəhbərlik etməlidir. Mutko (Vitali Mutko – Rusiyanın idman naziri) kimisə gətirir, deyir ki, bir neçə ay işlə get. Belə etmək olmaz. Xarici legionerlərə qadağa qoyulmalıdır. Onlar ölkəmizə yalnız pul dalınca gəlirlər. Oyunçuları da qonorar sistemdən azad etmək lazımdır.
Deyirəm, məni gətirin bu sistemə. Mən bazarı oyundan ayırım. İstəmirlər, onda qoy Mutko cavab versin. Bizə digər idman naziri lazımdır. Oyunçuları da qovmaq, onların yerinə digər ölkədən daha yaxşılarını dəvət etmək lazımdır. Köhnələr bu oyunları ilə Rusiya qarşı müharibə edirlər\”.
Vladimir Jirinovski – Rusiyanın Liberal-Demokratik Partiyasının lideri
Kreml də Rusiyanın oyununa münasibət bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Rusiya-Uels matçına baxmadığını, bu zaman prezidentin \”Lenfilm\” kinostudiyasında olduğunu deyib.
\”Prezident oyun zamanı \”Lenfilm\” kinostudiyasında olub. O, bəlkə də orada olmağı oyuna baxmaqdan daha səmərəli hesab edib. Çünki ötən gün futbolçularımızın oyunu dəhşət idi. Ona görə də prezident ona baxmadı\”, – deyə Peskov əlavə edib.
Ötən gün Rusiya və Uels arasında baş tutan futbol oyununda Uels Rusiyanı 3 cavabsız qolla məğlub edərək qrup lideri olub və adını 1/8 finala yazdırıb. (ans)
İnterpress.az