Tbilisidə abxaz bloqer Daur Buavanın meyiti aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Tbilisinin Diqomi rayonunda abxaz bloqer Daur Buavanın meyiti aşkarlanıb. Hadisə yerində kriminalistlər gecə saatlarınadək işləyiblər.
Məlumata görə, Buava sonuncu dəfə bir neçə gün əvvəl qonşuları tərəfindən görülüb.
Onun ölüm səbəbi məhkəmə-tibbi ekspertizası nəticəsində müəyyənləşdiriləcək.
Daur Buava Abxaziyadan ayrılaraq Gürcüstan pasportu alması və regionun hakimiyyətini dəfələrlə tənqid etməsi ilə tanınırdı.
O, dialoqa çağırır və Abxaziyada Rusiyanın təsirindən imtina edilməsinin tərəfdarı kimi çıxış edirdi.

Xuraman Etibarlı
İnterpress.az






