39 yaşlı kişi keçmiş arvadının yeni sevgilisini QƏTLƏ YETİRDİ – VİDEObackend

39 yaşlı kişi keçmiş arvadının yeni sevgilisini QƏTLƏ YETİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xabarovsk diyarında qısqanc kişi keçmiş həyat yoldaşının yeni sevgilisini öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, boşandıqdan sonra 39 yaşlı kişi oğlundan keçmiş həyat yoldaşının ortaq tanışları ilə görüşdüyünü və həmin şəxsin vaxtaşırı qadının evində gecələdiyini öyrənib.

Qısqanclıq zəminində qəzəblənən kişi evə gedib. Əvvəlcə rəqibini dəyənəklə döymək istəyib, daha sonra pəncərədən içəri daxil olaraq mətbəxdən bıçaq götürüb və yatmaqda olan kişiyə bir neçə zərbə endirib. Zərərçəkən hadisə yerində ölüb.

Hücum edən şəxs hadisə yerindən qaçaraq yolda bıçağı atıb. Lakin o, qısa müddətdə saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az