Geliboluda biznesmen iki yetkinlik yaşına çatmayan şəxslə oteldə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, yanacaqdoldurma məntəqələrinin sahibi olan Ş.T. Geliboluda otel otağında 18 yaşdan kiçik iki oğlanla birlikdə saxlanılıb.
İddialara görə, otel rəhbərliyi yetkinlik yaşına çatmayan şəxslərin orada qalması barədə polisə məlumat verməyib və onların qeydiyyatını ayrıca sistemdə aparıb.
Biznesmen həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Xuraman Etibarlı
İnterpress.az






