Murmanskda yanğın zamanı pəncərədən atılan uşaq yorğanla xilas edilib.
İnterpress.az xəbər verir ki, bu barədə şəhər rəhbəri Aleksey Lebedev məlumat verib.
Məlumata görə, Murmanskda baş verən yanğın zamanı bir uşaq xilas olmaq üçün pəncərədən aşağı atılıb. Hadisə yerində olan şəxslər yorğan tutaraq uşağın yerə təhlükəsiz enməsinə kömək ediblər.
Şəhər rəhbəri bildirib ki, “Yol Təsərrüfatının İdarə Edilməsi” qurumunun dörd əməkdaşı göstərdikləri cəsarət və operativliyə görə mükafata təqdim olunacaqlar.
Xuraman Etibarlı
İnterpress.az






