Dağıstanda gürzə hücumları kəskin artıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Dağıstanda 2026-cı ildə gürzə hücumlarının sayı son 25 ilin rekord göstəricisinə çatıb.
İlin əvvəlindən 10 belə hadisə qeydə alınıb ki, bu da 2001-2025-ci illərdə qeydə alınan orta illik göstəricidən təxminən 10 dəfə çoxdur.
Sentyabrın əvvəlində gürzə 10 yaşlı uşağı fərdi evin həyətində sancıb. Vaxtında göstərilən tibbi yardım sayəsində uşağın həyatını xilas etmək mümkün olub.
Avqust ayında isə 86 yaşlı kişi gürzə sancmasından sonra bir neçə həftə ərzində görmə və eşitmə qabiliyyətini bərpa edib.
Məlumata görə, 2001-2025-ci illərdə Dağıstanda ümumilikdə 25 gürzə hücumu rəsmi qeydə alınıb və üç nəfər ölüb.
Gürzə, həmçinin Livan gürzəsi kimi tanınır və Rusiyada ən təhlükəli ilanlardan biri hesab olunur.
Onun zəhəri güclü ağrı, sürətlə artan şişkinlik, qanın laxtalanmasının pozulması, daxili qanaxma və toxuma nekrozuna səbəb ola bilər.
Ağır hallarda sancma ölümə gətirib çıxara bilər.
Xuraman Etibarlı
İnterpress.az






