İsrail ordusu Qəzzada HƏMAS-a məxsus üç silah anbarını məhv etdiyini açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun və ŞABAK-ın mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, çərşənbə günü İsrail ordusu və ŞABAK Qəzza zolağının üç müxtəlif bölgəsinə zərbələr endirib. Nəticədə HƏMAS terror təşkilatına məxsus üç silah anbarının məhv edildiyi bildirilib.
İsrail tərəfinin məlumatına görə, anbarlarda silah, partlayıcı qurğular, tank əleyhinə raketlər və digər hərbi avadanlıqlar saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






