Rusiyada festival zamanı 53 yaşlı kişi QƏTLƏ YETİRİLDİbackend

Rusiyada festival zamanı 53 yaşlı kişi QƏTLƏ YETİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq yaxınlığında festival iştirakçısı baltalanaraq öldürülüb

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, Sankt-Peterburq yaxınlığında keçirilən Solar Systo Togathering festivalında 53 yaşlı Tahir və həyat yoldaşı gecə düşərgədə qalıb.

Üç kişi əl işi və geyim mağazasını qarət etmək üçün düşərgəyə daxil olub, lakin Tahir onlara müqavimət göstərib.

Şahidlərin sözlərinə görə, yaranan dava zamanı hücum edənlər Tahiri yerə yıxaraq əlindəki baltanı alıb və onun başına bir neçə zərbə endiriblər.

Kişinin həyat yoldaşı müdaxilə etməyə çalışarkən o da döyülüb və meşədə gizlənərək xilas olub.

Hücum edənlər Tahirin meyitini avtomobilə yerləşdirərək onu həkimə aparacaqlarını bildiriblər, daha sonra kişinin cəsədi yol kənarında tapılıb.

Üç şübhəli saxlanılıb. Faktla bağlı ölümlə nəticələnən qəsdən ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Hadisədən sonra festivalın təşkilatçıları tədbiri ləğv ediblər.

Solar Systo Togathering 2004-cü ildən etibarən Sankt-Peterburqdan təxminən 100 kilometr məsafədə, Finlandiya körfəzi yaxınlığındakı meşəlik ərazidə keçirilir.

Festivalda elektron, etnik və psixodelik musiqi həvəskarları iştirak edir.

Xuraman Etibarlı

İnterpress.az