Restoran müştərini özü ilə gətirdiyi konfetə görə QOVDUbackend

Restoran müştərini özü ilə gətirdiyi konfetə görə QOVDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada qız konfet yediyinə görə restorandan çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Valeriya adlı qadın Moskvadakı restoranda qəhvə sifariş edib və yeməyini gözləyərkən özü ilə gətirdiyi konfeti yeyib.

Restoran əməkdaşı buna etiraz edərək müəssisədə kənardan gətirilən qidadan istifadənin qadağan olduğunu bildirib.

Qadın saqqız çeynəməyin də qadağan olub-olmadığını soruşduqda, əməkdaş konfetlə saqqızın müqayisə edilməməli olduğunu deyib və daha sonra müştəridən restoranı tərk etməsini istəyib.

Valeriya daha sonra bildirib ki, restoran nümayəndələri onunla əlaqə saxlayaraq üzr istəyib və əməkdaşın cərimələndiyini bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az