İspaniyanın Seuta şəhərində delfin balasının öldürüldüyü iddia edilir.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İspaniyanın Seuta şəhərində bir qrup miqrantın sahilə çıxmış delfin balasına işgəncə verdiyi və heyvanı öldürdüyü iddia edilir.
Məlumata görə, Mərakeşdən olan miqrantlar delfini sudan çıxarıb, onunla şəkil çəkdirib və heyvana gülərək əyləniblər.
Heyvan müdafiəçilərinin iddiasına görə, delfin daha sonra döyülərək öldürülüb.
Hadisə ilə bağlı yerli sakinlər araşdırma aparılmasını tələb ediblər.
Xuraman Etibarlı
İnterpress.az






