Rusiyada 53 yaşlı Tahirin qətlində mühafizə rəisi ŞÜBHƏLİ BİLİNİR – VİDEObackend

Rusiyada 53 yaşlı Tahirin qətlində mühafizə rəisi ŞÜBHƏLİ BİLİNİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq yaxınlığında festival iştirakçısının qətlində tədbirin mühafizə rəisi şübhəli bilinir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, 53 yaşlı Tahirin qətlində şübhəli bilinərək saxlanılan üç şəxsdən biri 38 yaşlı Artyomdir.

Onun bir neçə il ərzində Solar Systo Togathering festivalında mühafizəçi işlədiyi və tədbir iştirakçıları arasında tanındığı bildirilir.

2024-cü ildə o, hətta festivalın rəsmi məhsullarının reklamında model kimi çıxış edib.

Festival iştirakçılarının sözlərinə görə, Artyom əvvəllər də zorakılıq və oğurluqda şübhəli bilinib.

Tədbirin əvvəlki illərində də müxtəlif ölüm və bıçaqlanma hallarının baş verdiyi, iştirakçıların isə çadırlarından telefon və digər qiymətli əşyaların oğurlanmasından şikayət etdikləri bildirilir.

Məlumata görə, Artyomun bədənində svastika və Rusiyada ekstremist simvolika kimi tanınan digər tatuajlar var. Onun qətldə iştirakına dair araşdırma davam edir.

Xuraman Etibarlı

İnterpress.az