“Buldak” və “Doshirak” məhsullarında təhlükəli pestisidlər aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Roskaçestvo” məlumat yayıb.
Roskaçestvo-nun araşdırmasına görə, bir neçə hazır əriştə markasının tərkibində qaraciyərin fəaliyyətinə mənfi təsir göstərə və titrəməyə səbəb ola bilən pestisidlər aşkarlanıb.
Araşdırmada “Buldak” “Acı toyuq karbonara” məhsulunda fluopikolid və proamokarb maddələri müəyyən edilib.
Məhsulda zülal və karbohidratların miqdarının da göstəriləndən aşağı olduğu bildirilib.
Xuraman Etibarlı
İnterpress.az






