Krematoriyalarda qalan diş qızılına vergi TƏTBİQ OLUNDUbackend

Krematoriyalarda qalan diş qızılına vergi TƏTBİQ OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada krematoriyalardan əldə olunan diş qızılı vergiyə cəlb ediləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya Federal Maliyyə Məhkəməsi məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, krematoriyalarda kremasiyadan sonra qalan metalların, o cümlədən diş qızılı, zinət əşyaları və tibbi protezlərin satışından əldə olunan gəlirlər vergiyə cəlb olunmalıdır.

Qərar bələdiyyəyə məxsus krematoriyanın işi ilə bağlı qəbul edilib.

Şəhər kremasiyadan sonra qalan metalları emal şirkətinə satıb və əldə olunan vəsaiti xeyriyyə və sosial layihələr üçün ayrıca hesaba yönəldib.

Vergi xidməti bu gəlirləri müəssisənin təsərrüfat fəaliyyətindən əldə olunan adi gəlir hesab edib.

Məhkəmə də vəsaitin hansı məqsədlə istifadə edilməsinin əhəmiyyət daşımadığını bildirərək vergi orqanının mövqeyini dəstəkləyib.

Xuraman Etibarlı

İnterpress.az