İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, anbarda çox sayda qranatomyot, tapança, pulemyot, səsboğucu, Kalaşnikov avtomatı, əl qumbarası, patron tapılıb. Anbarın sahibinin kim olduğu hələlik məlum deyil.
Xatırladaq ki, 2014-cü ilin iyulunda da Moskvada silah anbarı tapılmışdı. O zaman silah ticarəti ilə məşğul olan 2 nəfər saxlanılmışdı.
Bu dəfə tapılan silah-sursatın çeçenlərə, yaxud da Dağıstandan olan silahlılara məxsus olduğu ehtimalı var.
İnterpress.az