Ölümcül inyeksiya ilə edam cəhdi uğursuz olan məhkum qadın yenidən yeriməyə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
ABŞ-nin Tenness ştatında ölümcül inyeksiya ilə edamına cəhd edilən Krista Payk hadisədən bir həftə sonra yenidən yeriməyə və yemək yeməyə başlayıb.
Məlumata görə, onun əllərindəki yaralar sağalır və hərəkət qabiliyyəti bərpa olunur.
Sentyabrın 30-da Neşvill həbsxanasında Payka ölümcül inyeksiyanın iki dozası vurulub. Lakin edam cəhdi uğursuz olub və qadın sağ qalıb.
Bildirilir ki, proseduru həyata keçirən şəxslər bu zaman yeddi iynədən istifadə ediblər.
Payk 200 ildən çox müddətdə Tennessidə edam edilən ilk qadın olmalı idi.
Xuraman Etibarlı
İnterpress.az






