Sərxoş maşinist yük qatarında YATDI – 26 qatar saatlarla GECİKDİbackend

Sərxoş maşinist yük qatarında YATDI – 26 qatar saatlarla GECİKDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərxoş maşinist yük qatarında yuxuya gedib və dəmir yolu xəttini iflic edib. 

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində sərxoş vəziyyətdə qatar idarə etməkdə şübhəli bilinən 31 yaşlı maşinist işdən kənarlaşdırılıb.

O, yük qatarını yolun ortasında saxlayıb və ehtimala görə, kabinədə yuxuya gedib.

Hadisə çərşənbə günü baş verib. Qarşı istiqamətdə hərəkət edən qatarın maşinisti həmkarının idarəetmə paneli arxasında yatdığını ehtimal edərək polisə məlumat verib.

Bir müddət sonra yük qatarı yenidən hərəkətə gəlib və Ahlen dəmir yolu stansiyasının qarşısında dayanıb.

Burada maşinist “Deutsche Bahn” şirkətinin fövqəladə hallar üzrə koordinatoru ilə qarşılaşıb. Hadisəyə müdaxilə edən federal polis onun qatarı idarə etməsini qadağan edib.

Maşinist alkotesterlə yoxlamadan keçməkdən imtina etdiyinə görə ondan qan nümunəsi götürülüb.

Özəl şirkətdə çalışan şəxs barəsində dəmir yolu hərəkətinin təhlükəsizliyini təhdid etmək şübhəsi ilə araşdırma başlanıb.

Hadisəyə görə dəmir yolunun həmin hissəsində hərəkət müvəqqəti dayandırılıb. Nəticədə 26 qatar ümumilikdə 1124 dəqiqə, yəni təxminən 19 saat gecikib.

Xuraman Etibarlı

İnterpress.az