Özbəkistan Səudiyyə Ərəbistanına səfər edən vətəndaşlarına xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistanın Ər-Riyaddakı səfirliyi məlumat yayıb.
Səfirlik regionda gərginliyin artması fonunda Səudiyyə Ərəbistanında uçuş cədvəllərində dəyişikliklərin ola biləcəyi barədə vətəndaşlarını xəbərdar edib.
Özbəkistan vətəndaşlarına Yəmənlə sərhəd bölgələrindən uzaq durmaq və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək tövsiyə olunub.
Diplomatik nümayəndəlik həmçinin vətəndaşları hərbi obyektlərin və krallıq ərazisində baş verən insidentlərin nəticələrinin foto və video çəkilişini aparmamağa çağırıb.
Səfirlik yoxlanılmamış məlumatların yayılmamasını, yalnız rəsmi və dövlət mənbələrinə istinad edilməsini tövsiyə edib.
Bu xəbərdarlıq husilərin Səudiyyə Ərəbistanındakı hava limanlarına dəfələrlə hücum etməsi fonunda yayımlanıb.
Xuraman Etibarlı
İnterpress.az






