Dron təhlükəsi səbəbindən Putinin təyyarəsi Moskvaya enə bilmir.
İnterpress.az xəbər verir ki, bu barədə monitorinq kanalları məlumat yayıb.
Məlumata görə, “Rusiya” xüsusi uçuş dəstəsinə məxsus dörd təyyarə Moskva yaxınlığında gözləmə zonasındadır.
Onlardan üçünün Putinin səfərini başa vurduqdan sonra uçduğu Türkmənbaşı şəhərindən geri qayıtdığı bildirilir.
Paytaxt hava limanlarına uçuşlarla bağlı tətbiq edilən məhdudiyyətlər səbəbindən təyyarələr ehtiyat aerodromlara yönləndirilir.
Rusiya prezidentinin təyyarəsinin harada eniş edəcəyi isə hələlik məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az






