Rusiyada ata 18, qızı isə 7 il həbs cəzası ALDI – VİDEObackend

Rusiyada ata 18, qızı isə 7 il həbs cəzası ALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ata və qız dövlətə xəyanət və Ukraynaya yardım ittihamları ilə həbs cəzasına məhkum ediliblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İstintaqın məlumatına görə, 19 yaşlı Olqa M. dövlətə xəyanətə hazırlıq və terror təşkilatının fəaliyyətində iştirak ittihamları ilə ümumi rejimli koloniyada 7 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın iddiasına əsasən, qız 2025-ci ilin avqustunda müvafiq anket doldurub və Ukraynaya gedərək Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlamağı planlaşdırıb.

Onun atası Dmitri M. isə daha əvvəl 18 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk üç ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli koloniyada çəkəcək.

İstintaqın məlumatına görə, ata və qız Ukrayna Silahlı Qüvvələri üçün könüllülərin cəlb edilməsi ilə məşğul olub, həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinə Rusiya hərbçiləri və hərbi obyektləri barədə məlumatlar ötürüblər.

Onların Rusiyaya qarşı döyüşlərdə iştirak etmək üçün Ukraynaya getməyi planlaşdırdıqları, lakin xaricə uçmağa cəhd edərkən Soçidə saxlanıldıqları bildirilir.

Kişi dindirilmə zamanı əvvəllər borclarına görə Ukraynaya gedə bilmədiyini, bundan sonra Rusiyada terror fəaliyyəti ilə məşğul olmaq qərarına gəldiyini deyib. Məlumata görə, hər ikisi təqsirlərini tam etiraf edib.

Xuraman Etibarlı

İnterpress.az