Rusiyada ittiham olunan şəxs məhkəməyə bıçağı açarın içində gizlədərək keçirməyə çalışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sverdlovsk vilayətinin sakini qətllə hədələməkdə ittiham olunduğu iş üzrə məhkəmə iclasına bıçaq keçirməyə cəhd edib. Hadisə Alapayevsk şəhər məhkəməsində baş verib.
Məlumata görə, girişdə məhkəmə icraçısı kişidən qadağan olunmuş əşyaları təhvil verməsini və metal detektorundan keçməsini istəyib. Yoxlama zamanı onun əşyaları arasında silah aşkarlanıb.
Bildirilir ki, bıçaq götürülsə də, kişinin məhkəmə iclasında iştirakına icazə verilib.
Xuraman Etibarlı
İnterpress.az






