Rusiyada kişi mövcud olmayan uşağa görə 300 min rubl müavinət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Dağıstanın Levaşi rayonunda yaşayan kişi saxta sənədlə sosial ödənişlər almaqda ittiham olunub.
Məlumata görə, o, 2022-ci ilin sentyabrında Sosial Fondun yerli qurumuna uydurma uşağın doğum haqqında saxta şəhadətnaməsini təqdim edib.
Nəticədə qanunsuz olaraq təxminən 300 min rubl (təxminən 6 min manat) ödəniş alıb.
Kişi dəymiş ziyanı ilkin istintaq zamanı könüllü şəkildə ödəyib.
Məhkəmənin hökmü ilə o, 2 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xuraman Etibarlı
İnterpress.az






