Türkiyədə Halk TV-yə təyinata etiraz edən YENİ Partiyasının deputatları ağızlarını və gözlərini qara lentlə bağlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyədə Halk TV telekanalına kənar idarəçinin təyin edilməsi və kanalın sahibi Cafer Mahiroğluna məxsus şirkətlərin müsadirə olunması siyasi müzakirələrə səbəb olub.
YENİ Partiyasının sədri Özgür Özəl qərara sərt etiraz edib. Partiyanın deputatları isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasındakı iclas zamanı ağızlarını və gözlərini qara lentlə bağlayaraq qərara etirazlarını bildiriblər.
Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində telekanalın binasında axtarış tədbirləri də davam etdirilib.
Maliyyə cinayətləri ilə mübarizə bölməsinin əməkdaşları səhər saatlarından etibarən binada araşdırma aparıblar.
Xuraman Etibarlı
İnterpress.az






