Rusiyada yeni doğulanların reanimasiya şöbəsinin tibb bacısı evin zirzəmisində ölü tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Rusiyanın Orenburq şəhərində yeni doğulan körpələrin reanimasiya şöbəsində çalışan 47 yaşlı tibb bacısı Venera Y. fərdi yaşayış evinin zirzəmisində ölü tapılıb.
Onunla birlikdə 53 yaşlı həmkarı Liliya M. da olub. Bıçaq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Veneranı oktyabrın 9-dan axtarırmışlar. O, qızını məktəbə yola saldıqdan sonra işə çıxmayıb. Oktyabrın 10-da növbədə olmalı olan tibb bacısından xəbər alınmayıb.
İlkin ehtimala görə, sağ qalan həmkarı Veneranı öldürdükdən sonra intihara cəhd etmiş ola bilər.
Qadının bədənində 10-dan çox bıçaq yarası olduğu bildirilir. Hadisənin təfərrüatları araşdırılır.

Xuraman Etibarlı
İnterpress.az






