Mixail Qalustyan “Naşa Raşa” serialındakı obrazına görə taciklərdən üzr istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Rusiyalı aktyor Mixail Qalustyan “Naşa Raşa” serialında canlandırdığı Rövşan obrazına görə taciklərdən üzr istəyib.
Məlumata görə, aktyor bundan əvvəl Tacikistana reklam turu çərçivəsində iştirakına görə milyonlarla rubl qonorar alıb.
İddialara görə, səfərdən sonra Qalustyan Tacikistan haqqında fikirlərinin dəyişdiyini bildirib və bundan sonra filmlərdə yalnız taciklərin öz millətinin nümayəndəsi hesab etdiyi görkəmli şəxsləri canlandıracağını deyib.
Xuraman Etibarlı
İnterpress.az






