2027-ci ildə dünyada banan bahalaşa bilər.
İnterpress.az xəbər verir ki, bu barədə ekspertlərin proqnozlarında bildirilib.
Ekspertlərin qiymətləndirmələrinə görə, 2027-ci ildə dünyada bananın qiyməti arta bilər. Yaxın Şərqdəki münaqişə artıq yanacaq, gübrə və qablaşdırma xərclərinin yüksəlməsinə səbəb olub.
Bundan əlavə, quraqlıq və El-Ninyo iqlim hadisəsi banan istehsalına əlavə çətinliklər yaradır.
Mütəxəssislər hesab edirlər ki, gələn il banan sənayesi üçün son onilliyin ən çətin dövrü ola bilər.
Xuraman Etibarlı
İnterpress.az






