Özbəkistanda mənzil ala bilməyən alıcı tikinti şirkətinin ofisində damarlarını kəsib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Özbəkistanda mənzil almaq üçün külli miqdarda pul ödəyən, lakin evini təhvil ala bilməyən şəxs tikinti şirkətinin ofisində özünə xəsarət yetirib.
Məlumata görə, kişi mənzil üçün 1,15 milyard sum (təxminən 162 min manat) ödəyib, lakin vəd edilən mənzilə sahib ola bilməyib.
O, digər narazı müştərilərlə birlikdə müraciət hazırlayaraq video çəkdirib.
Çıxışının sonunda Avlod adlı şəxs qəfil ülgüclə damarlarını kəsib. Hadisə şahidləri onun əlindən kəsici aləti alaraq təcili tibbi yardım üçün xəstəxanaya aparıblar.
Xuraman Etibarlı
İnterpress.az






