Braziliyada kişi izdihamın gözü qarşısında hündür qüllədən özünü atıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bu faciəli hadisə Braziliyanın Artur Nogueira bələdiyyəsində baş verib.
Kişi anası və bacısının onu dayandırmaq üçün etdiyi bütün çarəsiz cəhdlərə baxmayaraq, qülləyə dırmaşıb.
O, çoxsaylı şahidlərin gözü qarşısında hündür qüllədən özünü aşağı atıb.
Qadınlar faciənin qarşısını sona qədər almağa çalışsalar da, onu ölümcül addım atmaqdan saxlaya bilməyiblər.
Hadisə yerinə gələn şəxslər onun həyatını xilas edə bilməyiblər. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xuraman Etibarlı
İnterpress.az






