Tatarıstanda düşərgədə məktəbli qız ÖLDÜ – 194 uşaq KARANTİNƏ ALINDIbackend

Tatarıstanda düşərgədə məktəbli qız ÖLDÜ – 194 uşaq KARANTİNƏ ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tatarıstanda düşərgədə istirahət edən məktəbli meningokok infeksiyasından ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Tatarıstanın Buqulma şəhərindəki Qubina adına uşaq düşərgəsində istirahət edən məktəbli qız sürətlə inkişaf edən infeksiya nəticəsində həyatını itirib.

Məlumata görə, qız oktyabrın 29-dan düşərgədə olub. Növbənin başlamasından bir neçə gün sonra onun hərarəti 39,4 dərəcəyə yüksəlib və şiddətli baş ağrısı yaranıb.

Uşaq əvvəlcə evə aparılıb, daha sonra Leninoqorsk Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata əsasən, ona meningokok infeksiyasının ildırım sürətli forması (fulminant), Uoterhaus-Frideriksen sindromu və meningokoksemiya diaqnozu ehtimal olunur.

Mərhum qızla eyni dördüncü dəstədə olan uşaqlar təcili peyvənd edilib. Ümumilikdə 194 uşaq karantinə alınıb.

Xuraman Etibarlı

İnterpress.az