Tailandda balıqla toqquşan 7 yaşlı uşağın üzündən iynəbalığının çənə sümüyü çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Primorsk diyarında həkimlər Tailandda istirahət zamanı iynəbalığı ilə toqquşan 7 yaşlı uşağın üz nahiyəsindən balığın çənə sümüyünün bir hissəsini çıxarıblar.
Hadisə dənizdə çimərkən baş verib. Balığın sümüyü uşağın gözünün yaxınlığında ilişib qalıb.
Tailandlı həkimlər ona ilkin tibbi yardım göstərsələr də, yad cismin çıxarılması üçün Vladivostokdakı 2 saylı Regional Klinik Xəstəxananın cərrahlarına müraciət edilib.
Xəstəxanadan bildirilib ki, əməliyyat zamanı uşağın üzündə əlavə kəsik açmağa ehtiyac olmayıb.
Cərrahlar sümük parçasını balığın yaratdığı yara kanalından çıxarıblar və müdaxiləni uşağın üz nahiyəsinə mümkün qədər zərər vermədən həyata keçiriblər.
Xuraman Etibarlı
İnterpress.az






