Rusiyada 12 yaşlı uşağa zülm edən ana və ögey atası uzunmüddətli həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya məhkəmələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Rusiyanın Kuzbas bölgəsində 12 yaşlı oğlan uşağına qarşı davamlı zorakılıq və işgəncə xarakterli rəftar edən anası və ögey atası məhkəmənin hökmü ilə azadlıqdan məhrum ediliblər.
Məlumata görə, onlar uşağı döyür, soyuq otaqda üst geyimsiz yatmağa məcbur edir, həmçinin onun eybəcər hala salıblar.
Zülmə dözməyən uşaq 2024-cü ilin noyabrında evdən qaçıb. O, iki gün sonra tapılıb.
Məhkəmə ögey atanı 16 il, ananı isə 13 il müddətinə azadlıqdan məhrum edib.
Təqsirini yalnız ögey ata etiraf edib, lakin hərəkətlərinin tərbiyə məqsədi daşıdığını iddia edib.
Bundan əlavə, məhkumlardan uşağa dəymiş mənəvi zərərə görə 2,2 milyon rubl (təxminən 46 min manat) təzminat tutulmasına qərar verilib.
Xuraman Etibarlı
İnterpress.az






