Çünki bədən orucdan sonra yeni hüceyrələr istehsal etməyə başlayar, ağ qan kimi.
Adətən Ramazan ayında insanların qida rasionunda dəyişikliklər baş verər. Xüsusilə də gündəlik qəbul olunan kalorilərdə. Bu dəyişikliklər immun sisteminə müsbət təsir qoyar və onu gücləndirər.
Bədənin immun sistemi müdafiə vəzifəsinə malik olduğu üçün, bədənə daxil olan yad cisimləri və hüceyrələri dəf edər. Pəhriz saxlayan insanlar adətən yeməyin miqdarını azaldan zaman bədənin immun sisteminə güc düşər və müqaviməti zəifləməyə başlayar. Çünki lazım olan kalorini əldə edə bilməz. Lakin oruc tutan insan qüvvətli kaloriyə malik olan qidalardan istifadə etdiyi üçün, bədəndə ağ qan hüceyrələrinin fəaliyyəti güclənər.
Yaş artıqca da bədənin immun sistemi zəifləməyə başlayar. Lakin oruc bu insanların da immun sistemini gücləndirər və artıq çəkinin azalmasına səbəb olar.
Alimlər bu nəticəyə gəlib çatıblar ki, oruc yaşlı insanların immun sistemini yenidən bərpa edər. Uzun müddət aclıq çəkmək bədəndə yeni hüceyrələrin istehsal olmasına səbəb olar.
Alimlərin bu kəşfi immun sisteminin zədələndiyi bir çox xəstələr üçün faydalı ola bilər. O xəstələr ki, kimya müalicəsi qəbul edir, onların immun sistemi zədələnmiş olur.
Bu kəşf həm də yaşlı insanlar üçün faydalı ola bilər ki, immun sistemlərini bərpa etsinlər. Alimlər deyir ki, oruc bədənin yenidən bərpa olmasının açarıdır. Hüceyərlərə xəbər göndərər ki, yeni ağ qan hüceyrələrini istehsal etsin. Bu da immun sisteminin güclənməsinə gətirib çıxardar.
İnsan uzun müddət ac qalan zaman çox sayda hüceyrələrini itirər və iftar edən zaman onların yerinə yeni hüceyrələr əmələ gələr. Bu hal, bir çox xəstəliklərin aradan getməsinə və bir çox təhlükəli xəstəliklər riskinin insandan uzaqlaşmasına səbəb olar. (saglamolun.az)
İnterpress.az