İsrail ordusu Yəməndə husilərin hərbi obyektlərini vurub.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
İsrail ordusu Yəmənin Səna və Əl-Cauf bölgələrində husilərə məxsus bir sıra hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.
Məlumata görə, hədəflər arasında hərbi düşərgələr, hərbi informasiya idarəsinin qərargahı və yanacaq anbarı olub.
Rəsmi bəyanatda bildirilib ki, bu hücumlar husilərin əvvəlki hücumlarına cavab olaraq həyata keçirilib.
Xuraman Etibarlı
İnterpress.az