Nepalda “Zumer inqilabı” zamanı Hilton oteli yandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
Nepalın paytaxtı Katmanduda baş verən iğtişaşlar zamanı Hilton oteli tamamilə yanıb.
Məlumata görə, 64 metr hündürlüyündə olan və “paytaxtın qəlbində dəbdəbənin simvolu” hesab edilən binadan yalnız yanmış karkas qalıb.
ANI agentliyi bildirir ki, bu, ölkənin ən hündür oteli idi və onun inşası təxminən on il çəkmişdi.
Yanğının məqsədli şəkildə törədildiyi, yəni otelin qəsdən yandırıldığı qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az