Redaksiyamıza SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun olduğu bildirilən daha bir 5 milyonluq obyekti ilə bağlı məlumat daxil olub.
Mənbənin iddiasına görə, Nizami rayonu, Mikayıl Əliyev prospektində yerləşən həmin obyekt, ancaq xarici vətəndaşlara müvəqqəti yaşamaq üçün icarəyə verilir. Qeyd edək ki, iki blokdan, beş mərtəbədən ibarət olan obyek biznes məqsədilə tikilib. Bu səbəbdən də neft şirktində işləyən xarici vətəndaşların burda yaşaması, cənab İsmayılovun monopolist siyasətidir deyə mənbə iddia edir.
Bundan başqa, Vitse-prezident Mikayıl İsmayılovu ARDNŞ-in əsas söz sahibinə çevirən gizli amillərdə mövcuddu. Beləki, o milyonlara sahib olamaqla yanaşı bəzi yüksək nüfuzlu şəxslərin də adından sui-istifadə edir. Buda onun işlərinin yağ kimi getməsinə köməklik edir.
Onuda bildirmək yerinə düşər ki, Mikayıl İsmayılov ARDNŞ-in tikinti işlərinin xeyli hissəsini əsasəndə \”Neftçi\” MTK layihələrini birmənalı şəkildə əlində saxlayır.Məlumata görə, kooperativin bu günə qədər tikdiyi mənzillərdə kifayət qədər maliyyə maxinasiyaları qeydə alınıb. Deyilənə görə, neft şirkətindən ayrılan pulların böyük qismi təyinatı üzrə xərclənməyib. Bu maliyyə pozuntularına rəvac verənsə İsmayılov özüdür. Çünki, \”mən var olum\” prinsipi ilə sərvət artıran \”SOCAR KRALI\” Mikayıl İsmayılov dövlətdən oğurladıqlarına Ağsu aşırımında restoran, Bakıda ticarət obyektləri, villalar, mənzillər, xəstəxanalar -\”Modern Hospital\”, \”Baku Medical Plaza\” və digər obyektəlr tikdirib. Qeyd edək ki, növbəti saylarda Mikayıl İsmayılovun adıçəkilən bütün sahib olduğu obyektlərin fotoşəkillərinidə oxuculara təqdim etməyə çalışacağıq…
Azerinews.tv SOCAR vitse-prezidentinin daha bir 5 milyonluq obyektinin fotosunu təqdim edir: