Altı ayda avtomobillə vurulan 130 piyada ölübbackend

Altı ayda avtomobillə vurulan 130 piyada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,1%-i (354 hadisə, 113 ölüm, 389 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,4%-i (212 hadisə, 88 ölüm, 184 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,2%-i (120 hadisə, 26 ölüm, 155 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,3%-i (21 hadisə, 8 ölüm, 25 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 42,8%-ni (388) piyadaların vurulması təşkil edib, nəticədə 130 piyada həlak olub, 290-ı xəsarət alıb. 19 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olub, 80 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olan azyaşlıların sayı 15, xəsarət alanların sayı isə 19 nəfər azalıb.(apa)
İnterpress.az