İnterpress.az xəbər verir ki, Amerikada “Business Insider” və “Huffington Post” bu qərarını açıqlayıb. “Daily Beast” saytında “Charlie Hebdo”də 2011-ci ildə dərc olunan 16 karikatura yayımlanıb.
Almaniyada bir neçə nəşr də peyğəmbərin karikaturasını dərc edib. Nəşrlərin rəhbərləri bunu Parisdə ölən həmkarlarının xatirsəini yad etmək məqsədilə etdiklərini bildirib.
“Charlie Hebdo”nun karikaturasını Danimarka nəşri “Berlingske” də nəşr edib. Karikaturalar arasında Məhəmməd peyğəmbərin, İsa peyğəmbərin, Adolf Hitler və Fransua Ollandın karikaturası var. Nəşr bunu etiraz aksiyası kimi qələmə verməyərək, “Charlie Hebdo” jurnalını tanıtmaq məqsədi daşıdığını açıqlayıb.
Bununla yanaşı, bir çox məşhur nəşrlər islam peyğəmbərinin karikaturasını dərc etməkdən imtina edib. Xüsusilə Amerikanın NBC, CNN, ABC və CBS kanalları bundan imtina edib.
“The New York Times” karikaturanı dərc etməmək qərarını dindarların hislərin təhqir etmək istəməmələri ilə izah edib.
İnterpress.az