Şimali Koreya işğal planı hazırlayıbbackend

Şimali Koreya işğal planı hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın müqaviməti və ABŞ-ın köməyə gələcəyi təqdirdə belə bu müddət 15 günə qədər uzana bilər. İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Korea JoongAng Daily” qəzeti məlumat verib.

Planda Şimali Koreyanın Assimmetrik imkanlarının, həmçinin atom silahının tətbiq edilməsi nəzərdə tutulur. Adi silahlı qüvvələrdən başqa xüsusi qüvvələr də iştirak edəcək. Həmin qüvvələrin sayı 80 mindən 200 minə qaldırılıb.

İşğal planı hələ 2012-ci ildə Kim Çen İnın hakimiyyətə gəlməsindən bir həftə sonra işlənib hazırlanıb. Şimali Koreya komandanlığı müharibə hazırlığını 2013-cü ildə tamamlamağı planlaşdırırdı. Sonra müddət bir il sonraya keçirilib və 2014-cü ild “birləşmək üçün böyük il” elan etmişdi.

Yeni plan ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatları əsasında hazırlanıb. “Şimali Koreya bu qərara gəlib ki, uzadılmış müharibədə onun heç bir şansı yoxdur. Bu səbəbdən rəsmi Pxenyan beynəlxalq ictimaiyyətin təzyiqlərinə və mühakimələrinə baxmayaraq yeganə çıxış yolu kimi assimmetrik müharibəni seçib”.
2013-cü ilin fevralında Şimali Koreya üçüncü nüvə sınağını keçirib. 2012-ci ildə isə müxtəlif tipli raketlərin 18 sınaq uçuşu keçirilib.

İnterpress.az