İnterpress.az xəbər verir ki, İran İnqilab Keşikçkiləri Ordusunun paytaxt üzrə komandiri Möhsün Kazımeyi “bəsicilər” qarşısındakı çıxışlarında həmin yerlərin adlarını sadalayıb. Ordu komandirinin sözlərinə görə, Tehranın Cemaran, Quds, Vəliəsr və Bahünər məhəllələri “qaynar bölgələrdir”.
Tehranın bu məhəllələri varlıların yaşadığı ərazilər olaraq tanınır. Bu məhəllələrin sakinləri, xüsusilə də gənclər islam qaydalarına uyğun olmayan geyimləri, bol əyləncəli və dəbdəbəli yaşayış tərzi ilə diqqətləri cəlb edir.
İnterpress.az