Ukrayna haker hücumuna görə Rusiyanı günahlandırırbackend

Ukrayna haker hücumuna görə Rusiyanı günahlandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyapərəst qrup artıq hücuma görə məsuliyyət daşıdığını deyib lakin ilk dəfədir ki, hücumun Rusiya hökuməti tərəfindən dəstəkləndiyi iddia olunub.

Baş nazir Arseni Yatsenyuk fikirlərini Almaniya kansleri Angela Merkel ilə görüşündən öncə söyləyib.

Lakin bir ekspert bu ittihamı müdafiə etmək üçün kifayət qədər sübutun olmadığını bildirib.

Hücum xanım Merkelin və Almaniya parlamentinin vebsaytlarını hədəfə almışdı. Çərşənbə günü 10:00-dan bəri (Bakı vaxtı ilə 13:00) hər iki saytı açmaq mümkün olmayıb.

Özünü CyberBerkut adlandıran bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Berkut, vaxtilə Ukraynanın çevik polis dəstəsi olub, lakin Prezident Viktor Yanukoviç devriləndən sonra onun fəaliyyəti ləğv olunub. Berkut vaxtilə etirazçıları döyməkdə, güllələməkdə və onlara işgəncə verməkdə ittiham olunub.

Kansler Merkel ilə görüşündən öncə Almaniya televiziyasının müxbirləri cənab Yatsenyukdan soruşub: haker hücumuna görə rusiyapərəst hakerlərmi məsuliyyət daşıyır?

Cənab Yatsenyukun cavabı belə olub: \”Mən təklif edirəm ki, Rusiya məxfi xidməti vergi ödəyənlərin pullarından Bundestaga və Kansler Merkelin ofisinə qarşı kiberhücumlar üçün istifadə etməyi dayandırsın\”.

Hücumların haradan əmələ gəlməsini dəqiq bilmək çətin olsa da, ölkələr tez-tez bir birini haker hücumlarında ittiham edir.

İnterpress.az