İŞİD-in Liviya qanadının yaydığı məlumatda edam edilmiş jurnalistlərin Süfyan Şürabi və Nadir Ktafi olduğu bildirilir. Məlumat öldürülən jurnalistlərin şəkilləri ilə birlikdə qruplaşmanın nəzarətində olan internet resurslarının birində dərc olunub.
Qeyd edək ki, hər iki jurnalist sentyabrın 8-də Liviyada itkin düşüblər.
Tunis hakimiyyəti məlumatla bağlı hələlik heç bir şərh verməyib.
İnterpress.az