Təxrisinə iki gün qalmış şəhid oldubackend

Təxrisinə iki gün qalmış şəhid oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, Hakkarinin Yüksekova rayonunda hərbi maşın PKK-nın yola döşədiyi minaya düşərək partlayıb.
Partlayış nəticəsində çavuş Orçun Kubat və əsgər Orhan İrkarlı şəhid olub.
Şəhidlərin türk bayraqları ilə örtülən cənazələri doğulduğu bölgələrə aparılıb.
Təxrsinə iki gün qalmış şəhid olan Orhan İrkarlının qohumları türkcə və kürdcə ağılar deyib və əsəb gərginliyi keçiriblər.
Şəhidin cənazə mərasimində Şanlıurfa Valisi Güngör Azmi Tuna, AKP-nin Şanlıurfadan seçilmiş millət vəkili Kasım Gülpnar, bələdiyyə sədri Nihat Çiftçi iştirak ediblər.

İnterpress.az