Jurnalist təhdid olunurbackend

Jurnalist təhdid olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə yazar özü məlumat yayıb. O qeyd edib ki, artıq məsələylə bağlı Mətbuat Şurasının rəhbəri Əflatun Amaşovu da məlumatlandırıb:

“Günorta saatlarında bir nəfər şikayətçi zəng edib dedi ki, Azərbaycan İnformasiya Agentliyinin Elnarə adlı jurnalisti tərəfindən şantaj olunur və həmin qadın deyir ki, əgər bu gün Cənnət Cənnətova pul çatdırılmasa, onlarla bağlı materiallar yayımlanacaq. Cənnət adlı şəxsin də nömrəsini verib. Mən məsələni araşdırmaq üçün həmin nömrəyə zəng etdim və özümü müstəqil jurnalist kimi təqdim etdim. Dedim ki, belə bir iddia var, nə dərəcədə əsaslıdır? Adam hansı mətbuat orqanları ilə işlədiyimi soruşdu və təbii ki, məqaləm çıxan bütün mətbu orqanları sadaladım, Meydan TV də içərisində. Heç nə demədən dəstəyi asdı. Sualımı havada buraxdı. Təxminən 5 dəqiqə sonra zəng etdi, başladı söyməyə, İsa Qəmbərin, Meydan TV-nin adını çəkdi, “sizin kimi müxalifətçiləri rədd etmək lazımdı”və s kimi ifadələr işlətdi. Dedi ki, onun agentliyi Mətbuat Şurasına tabedir. Mən də Əflatun Amaşova zəng etdim, aia.az saytının onların adından danışdığını, şikayət olduğunu və məni söydüyünü dedim. Əflatun bəy dedi ki, belə bir media orqanı, şəxs tanımır, hazırda xaricdədi, ayın 10-dan sonra qayıdacaq, ondan sonra araşdırar. Şikayətçi ərizə ilə Mətbuat Şurasına müraciət etsin. Eyni sualla Müşfiq Ələsgərliyə də FB-dən mesaj yazdım. O da izah etdi ki, Azərbaycan adı ilə mətbu orqan yaratmaq qadağandır, məqsəd \”Azərbaycan\” qəzetinin dublikatını çıxarmaqdır, bununla bağlı şikayətçi MŞ-na müraciət etsin”.

Jurnalist qeyd edib ki, adıçəkilən qadın saatlarla ona zəng etməkdə davam edib və sonda təhdid edib:

“Adam əl çəkmədi. Az qala 10 dəfə zəng etdikdən sonra cavab verdim və söydü, təhdid etdi. Səsini diktofona yazdım və bu barədə özünə də dedim. Sakitləşmədi, başladı daha da çox təhqir etməyə. Nömrəsini bloka atdım, bundan sonra müxtəlif nömrələrdən, əsasən görünməyən nömrələrdən zənglər gəldi, yenə təhqir, təhdid. Adam məni tapacağını dedi, “Səni elə günə qoyacağam ölkə üzünə çıxa bilməyəcəksən” söylədi, sonuncu zəngində isə dedi ki, həyatım onun əlindədir, günümü görəcəyəm. Hətta dedi ki, mənə görə əsəbiləşib maşınını vurub, bunun xərcini ödəməliyəm. Günortadan bəri adam dayanmadan zəng edir. Bundan sonra mən vəkilimə zəng etdim və baş verənləri dedim. Onun məsləhəti ilə 102 xidmətini yığdım, şikayət etdim. Sabah da 36-cı polis bölməsinə gedib rəsmi şikayət edəcəm”.

İnterpress.az