İnterpress.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 6-də paytaxt və yarımadada səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
İnterpress.az